“Qarabağ”dan onu niyə bura çağırmısız? - Qərar birmənalı qarşılanmadı

22:40 Qarabağ 70
“Qarabağ”dan onu niyə bura çağırmısız?  - Qərar birmənalı qarşılanmadı

“Qarabağ”ın yarımmüdafiəçisi Aleksey Kaşukun Ukrayna millisinə çağırılması ölkəsində müzakirə mövzusu olub.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, futbolçunun ilk dəfə yığmaya çağırılması birmənalı qarşılanmayıb.

Belə ki, Kaşukun 26 yaşda ilk dəfə milliyə dəvət edildiyini vurğulayan həmkarlarımız onun nisbətən zəif çempionatda iştirak etməsini qabardıblar.

Həmçinin “Brentford”un yarımmüdafiəçisi Yeqor Yarmolyukun və “Polesye”nin futbolçusu Aleksandr Andreyevskinin dönüşü, Gennadi Sinçukun əvvəlki toplanışla müqayisədə bu dəfə yekun heyətə salınması da diqqət çəkən məqamlardır.

Ukrayna millisi noyabrın 14-də Şimali İrlandiya, 17-də isə Gürcüstanla qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti