AFFA U-11 liqasında mübarizə aparan "Çərəkə"nı cəzalandırıb.
Sportinfo.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.
Bildirilib ki, 08.11.2026-cı il tarixində AFFA U-11 Liqasında keçirilməsi nəzərdə tutulan "Çinar" (Göyçay) – "Çərəkə" (Göyçay) oyunu "Çərəkə"nin təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb.
Bu hal "Çərəkə"nin iştirakı ilə üçüncü dəfə təkrarlandığı üçün komanda AFFA U-11 Liqasından kənarlaşdırılıb.
Göyçay təmsilçisinin keçirdiyi oyunların nəticələri isə ləğv edilib.
