Ukraynanın “Bukovina” klubunun formasını geyinən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov hazırda ölkəmizdə bərpa prosesi keçir.
Sportinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun nə vaxt sıraya dönəcəyi hələ də qeyri-müəyyənliyini qoruyur.
Daha əvvəl əzələ yırtığıs diaqnozu qoyulduğu deyilən Renatın noyabrda yaşıl meydanlara dönməyəcəyi bildirilirdi. Dadaşovun millinin noyabrdakı toplanışını və oyunlarını buraxacağı vurğulanmışdı.
Klubun həkimləri isə vəziyyətin o qədər ciddi olmadığını düşünürlər. Onlar Renatın zədədən qayıtdıqdan sonra ilk matçlarını millidə keçirməsinin riskli olduğunu bildiriblər.
Ancaq futbolçunun məhz yığmaların oyunları ilə əlaqədar yaranacaq fasilədə kollektivə qoşulacağı ehtimal edilir.
Millimizin heyətində zədələnən Renat Dadaşov Ukrayna Premyer Liqasının 9 və 10-cu turlarını buraxıb.
