“Sabah”ın sevilən siması özünü cavanlaşdırdı, məşhura bənzədi - FOTOLAR

21:20 Sabah 91
“Sabah”ın sevilən siması özünü cavanlaşdırdı, məşhura bənzədi - FOTOLAR

“Sabah”ın futbolçusu Timoteuş Puxaç Azərbaycanı tərk edərək Polşa millisinin düşərgəsinə qoşulub.

27 yaşlı müdafiəçi vətəninə çatar-çatmaz xarici görünüşündə dəyişiklik etmək qərarına gəlib.

Belə ki, o, uzun saçlarını kəsdirərək daha qısa saç düzümünə üstünlük verib. Puxax yenilənmiş görkəmini “instagram” hesabında paylaşıb.

Polşalı sosial şəbəkə istifadəçiləri futbolçunun yeni imicini görəndə təəccüblərini gizlətməyiblər. Onlar Timoya təriflər yağıdraraq onun sanki gənclik illərinə qayıtdığını, xeyli cavanlaşdığını bildiriblər.

Hətta izləyicilərdən bəziləri “Sabah”ın müdafiəçisini Polşa futbolunun və Dortmund “Borussiya”sının əfsanələrindən sayılan Yakub Blaşçikovskiyə bənzədiblər.

Puxaçın bu dəyişikliyə əl atması son oyunlardakı uğursuz çıxışı və özünə bənzəməməsi ilə əlaqəlidir, yoxsa o, sadəcə olaraq imicini yeniləmək və daha gənc görünmək qərarına gəlib?

Hər halda, bunun cavabını özündən yaxşı heç kim bilməz.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti