“Qrup liderliyini təmin etmək üçün mütləq qalib gəlməliyik”

00:30 Milli komanda 61
“Qrup liderliyini təmin etmək üçün mütləq qalib gəlməliyik”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteynlə keçiriləcək səfər oyunu barədə danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis qarşılaşmadan öncə keçirilən mətbuat konfransında komandanın hazırlığından və hədəflərindən söz açıb:

“Bu il UEFA Millətlər Liqasında sonuncu oyunumuzu keçirəcəyik. Ardınca Andorra ilə yoldaşlıq görüşümüz olacaq.

Qrup liderliyini təmin etmək üçün Lixtenşteynə mütləq qalib gəlməliyik. Rəqibin oyun üslubuna yaxşı bələdik.

Bakıda keçirilən görüşdə heç-heçə etmişdik. Bu dəfə doğma meydanda daha inamlı oynamağa çalışacaqlar.

Komandamız matça tam hazırdır, futbolçuların əhval-ruhiyyəsi yüksəkdir.

Premyer Liqada gərgin mübarizə davam edir və oyunçularımız da yaxşı formadadır. İnanıram ki, sabah istədiyimiz nəticəni əldə edəcəyik”.

Noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!
12 Noyabr 04:00 SÜRPRİZ sevgi İDDİAsı
12 Noyabr 02:30 Artıq “Qarabağ” da...