Hazırda “hava”da qalan məşhur “Qarabağ”lı Əlcəzair klubunun transfer hədəfində

01:00 Qarabağ 114
Hazırda “hava”da qalan məşhur “Qarabağ”lı Əlcəzair klubunun transfer hədəfində

“Moludiya” (Əlcəzair) heyətini gücləndirmək üçün iki futbolçunun transfer imkanlarını araşdırır.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin maraq dairəsində “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Yassin Benzia yer alır.

Hazırda klubsuz olan Benzianın azad agent statusu onun transferini asanlaşdıra bilər. Əlcəzair millisinin sabiq üzvünün beynəlxalq təcrübəsi və texniki bacarıqları komandanın hücum potensialını artırmaq baxımından cəlbedici hesab edilir.

Bununla belə, 32 yaşlı futbolçunun fiziki hazırlığı, maliyyə tələbləri və karyerasını davam etdirmək istədiyi layihə transferin mümkünlüyünə təsir göstərəcək əsas amillərdir.

Məlumata görə, “Moludiya”nın əvvəlki rəhbərliyi də Benzianı heyətinə qatmaq istəyib, lakin danışıqlar müsbət nəticələnməyib.

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!
12 Noyabr 04:00 SÜRPRİZ sevgi İDDİAsı
12 Noyabr 02:30 Artıq “Qarabağ” da...