Narazılıq baş qaldırdı, bölgə klubu adını dəyişməyə qərar verdi

Narazılıq baş qaldırdı, bölgə klubu adını dəyişməyə qərar verdi

İkinci Liqada çıxış edən “Hypers"in adı dəyişdiriləcək.

Əvvəllər Qubanı təmsil edən komanda bu mövsümün əvvəlindən etibarən Bərdəyə köçüb və fəaliyyətini burada davam etdirir.

Lakin klubun adında Bərdənin və rayonu təmsil etmiş əvvəlki klublarının adının yer almaması yerli azarkeşlərin narazılığına səbəb olub.

Əldə etdiyimiz məlumata görə, azarkeşlərin bu etirazını nəzərə alan klub rəhbərliyi ad dəyişikliyi ilə bağlı addımlar atıb.

Belə ki, yaxın müddətdə komandanın adının “Bərdə” olması gözlənilir.

Məlumata əsasən, hazırkı klub rəhbərliyi bu dəyişikliyin reallaşması üçün əvvəlki rəhbərliyə 70 min manat ödəyib.

Beləliklə, komanda yaxın gələcəkdə oyunlarda “Bərdə” adı ilə çıxış edəcək.

Bu istiqamətdə son sənədləşmə işləri aparılır.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti