“Bayern”in keçmiş idman direktoru, hazırda Dortmund “Borussiya”sında məsləhətçi kimi fəaliyyət göstərən Mattias Zammer, Münhen klubunun futbolçusu Camal Musiala ilə bağlı vəziyyətə və idman direktoru Uli Hönessin ona ünvanladığı fikirlərə münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, mövcud durum haqda bunu deyib:
“Deməliyəm ki, bu vəziyyət məni heç də rahatlatmır. Xüsusilə, Camal Musiala üçün bu, əsl fəlakətdir. Musiala böyük istedada malik, həqiqətən də, dünya səviyyəli futbolçudur.
Digər tərəfdən, iqtisadi amillərin qaçılmaz rol oynadığı futbol biznesinin məntiqini də başa düşürəm”.
Höness, 23 yaşlı yarımmüdafiəçinin dərmanlarla müəyyən qədər nəzarətdə saxlanılan, lakin asanlıqla müalicə olunmayan xəstəlikdən əziyyət çəkdiyini bildirmişdi:
“Əlbəttə, çıxılmaz vəziyyətdəyik. Onun dərmanlarla müəyyən qədər nəzarətdə saxlanıla bilən, lakin asanlıqla müalicə olunmayan xəstəliyi var.
Musialanın bir vaxtlar nümayiş etdirdiyi performans səviyyəsinə nə vaxtsa qayıdıb-qayıtmayacağı isə bəlli deyil. Bununla belə, ona maaş ödənilməyə davam edir.
Təsəvvür edin, “Bayern” indi müqaviləsini müzakirəyə çıxarsa və desə ki, hazırda göstərdiyi performans müqavilədə nəzərdə tutulan səviyyəyə uyğun deyil… Biz isə Camalı hərtərəfli və qeyd-şərtsiz dəstəkləyirik”.
Musiala 2020-ci ildən bəri “Bayern”də çıxış edir.
