Bakıda ulduzu parladı - Avropada bir neçə klubun maraq dairəsindədir

Bakıda ulduzu parladı - Avropada bir neçə klubun maraq dairəsindədir

Qananın U-15 millisinin kapitanı Abdul Aziz İssa Azərbaycanda keçirilən dünya çempionatındakı performansı ilə diqqət mərkəzinə düşüb.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, gənc oyunçu Avropada bir neçə klubun maraq dairəsindədir.

İssa özü də bu münasibəti hiss etdiyini və Bakıdakı turnirin karyerasına ciddi təkan verəcəyini inandığını açıqlayıb. O, komandasının çıxışını da yüksək qiymətləndirib:

“Turnirdəki nəticələrimiz uğurlu olsa da, bizim dayanmaq fikrimiz yoxdur. Komandamızın bütün futbolçuları dünya çempionatını əla keçirdi.

Bu heyətin gələcəkdə Qananın əsas millisini də dünya çempionatına daşıyacağına inanırıq. O ki qaldı transfer məsələsinə, nümayəndələrimizə zənglər gəlməyə başlayıb.

Əlbəttə ki, bu bizi qürurlandırır. Ancaq transfer barədə düşünmək üçün hələ çox gəncik. İndi yalnız özümüzü inkişaf etdirmək istəyirik”.

Qana millisi 189 komandanın qatıldığı dünya çempionatında 7-ci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti