Qızı atasından şikayət etdi - Pis rəftar üzündən

00:00 Problem 58
Qızı atasından şikayət etdi - Pis rəftar üzündən

Hazırda azad agent olan futbolçu Mauro İkardi və keçmiş həyat yoldaşı Vanda Naranın övladları ilə bağlı yaşadığı mübahisə davam edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ayrılan cütlük qızları ilə görüş və ünsiyyət məsələsində hələ də razılığa gələ bilməyib.

Cütlüyün böyük qızı atasının hazırda Çina Suareslə yaşadığı Nordeltadakı evdə ona qarşı aqressiv davranışların olduğunu iddia edib.

O, baş verənlərlə bağlı psixoloquna və anasına müraciət edib. Psixoloq onunla söhbətdən sonra Vanda Naraya polisə zəng etməyi tövsiyə edib.

Qız ona zərbə endirildiyini və bundan sonra özünü otağa bağladığını bildirib.

Hadisə ilə bağlı polis müdaxiləsinin olduğu və rəsmi şikayət verildiyi bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Noyabr 20:00 Çək və bizə göndər!