“İstəyimizi həyata keçirərək, xalqımıza qələbə sevinci yaşadacağıq”

00:50 Milli komanda 36
“İstəyimizi həyata keçirərək, xalqımıza qələbə sevinci yaşadacağıq”

Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteynlə səfər matçından gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, futbolçu qarşılaşmadan öncə keçirilən mətbuat konfransında komandanın qələbəyə kökləndiyini bildirib.

Həmçinin çıxışının əvvəlində Zəfər Bayramı münasibətilə xalqımızı təbrik edib, şəhidlərə rəhmət, qazilərə şəfa diləyib:

"Bakıdakı oyunda hesab açılmamışdı. Bu dəfə rəqib meydanında qalib gəlmək istəyirik.

Komandamıza inanırıq və matça ciddi hazırlaşmışıq. İnanırıq ki, istəyimizi həyata keçirərək xalqımıza qələbə sevinci yaşadacağıq".

Noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!
12 Noyabr 04:00 SÜRPRİZ sevgi İDDİAsı
12 Noyabr 02:30 Artıq “Qarabağ” da...