“Bəzi artıq hərəkətlərə yol verdik, Azərbaycan yığmasına daha az - 7 qol vurduq”

01:10 Almaniya 107
“Bəzi artıq hərəkətlərə yol verdik, Azərbaycan yığmasına daha az - 7 qol vurduq”

“Qələbəyə və onun belə böyük hesabla qazanılmasına görə sevinirik”.

Sportinfo.az xəbər verir ki, bunu Almaniyanın U-17 yığmasının baş məşqçisi Mixael Prus Avropa çempionatının 1-ci seçmə mərhələsinin Azərbaycan millisinə qarşı keçirilən ilk oyun barədə danışarkən deyib.

58 yaşlı mütəxəssis Frankfurtdakı görüşdə 7:0 hesablı qələbə qazanmalarına baxmayaraq, daha çox qol vura biləcəklərini söyləyib:

“Bu nəticə meydandakı üstünlüyümüzü də əks etdirir. Oyunboyu yaxşı çıxış etdik.

Bəzi epizodlarda artıq hərəkətlərə yol verdik və bunun nəticəsində daha az qol vurduq.

Bununla belə, qapımızı toxunulmaz saxlamağımız vacib idi. Turnirə yaxşı başlanğıc etdik”.

İkinci qrupun 2-ci turunda Azərbaycan Şimali İrlandiya ilə, Almaniya isə Litva ilə qarşılaşacaq. Hər iki matç noyabrın 14-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!
12 Noyabr 04:00 SÜRPRİZ sevgi İDDİAsı
12 Noyabr 02:30 Artıq “Qarabağ” da...