“Həyatım getdikcə daha da pisləşdi və dörd il davam edən depressiyaya düşdüm"

01:40 Problem 93
“Həyatım getdikcə daha da pisləşdi və dörd il davam edən depressiyaya düşdüm"

“Valensiya”, “Barselona” və “Sportinq” kimi klublarda çıxış etmiş fransalı sabiq müdafiəçi Jeremi Matye karyerası başa çatdıqdan sonra yaşadığı çətin dövrdən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşında futbolçu karyerasını bitirən Matye dörd il depressiyadan əziyyət çəkdiyini və bu vəziyyətdən ailəsinin dəstəyi sayəsində çıxdığını bildirib:

“Həyatım getdikcə daha da pisləşdi və dörd il davam edən depressiyaya düşdüm. Futbol meydanı, paltardəyişmə otağı, bir sözlə, həyatımın bir hissəsi olan hər şey üçün darıxırdım.

Bütün günü evdə, divanda, televizorun qarşısında otururdum, əlimdən isə telefon düşmürdü. Hətta futbola olan marağımı da itirmişdim”.

Matye 2017-ci ildə “Barselona”dan ayrılaraq “Sportinq”ə keçib. Fransalı sabiq müdafiəçi 2020-ci ildə isə futbolçu karyerasını başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 20:00 Çək və bizə göndər!