“Yüksək tələblər irəli sürür, mənə səbirli olmalı olduğumu deyib”

22:00 İspaniya 97
“Yüksək tələblər irəli sürür, mənə səbirli olmalı olduğumu deyib”

“Real”ın hücumçusu Karlos Espi komandanın baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında çalışmaq barədə danışıb.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı futbolçu “Marca”-ya açıqlamasında portuqaliyalı mütəxəssisin məşqçilik keyfiyyətlərini yüksək qiymətləndirib:

“Mənə verilən oyun vaxtından maksimum yararlanmağa çalışacam. Mourinyo inanılmaz məşqçidir, futbolçulara çox yaxındır.

O, komandada yüksək tələblər irəli sürür. Baş məşqçi mənə səbirli olmalı olduğumu deyib. Hər fürsətdən yararlanmalıyam. Bunun üçün hər gün çalışmaq lazımdır”.

“Real” Karlos Espini “Levante”dən 25 milyon avroya transfer edib. İspaniyalı forvard Madrid klubu ilə müddəti 5 il olan müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti