Azərbaycan klubu legioneri ilə müqaviləsini birtərəfli pozdu

18 Sentyabr 2020 18:06 Şamaxı 1 385
Azərbaycan klubu legioneri ilə müqaviləsini birtərəfli pozdu

Bu gün Cavid İmamverdiyevlə yollarını rəsmən ayıran «Keşlə» daha bir futbolçunun xidmətindən imtina edib.

Sportinfo.az-ın məlumatına görə, paytaxt təmsilçisi Aleksandr Kristavao ilə müqaviləyə birtərəfli qaydada xitam verib.

Avqustun 30-da xəbərdarlıq etmədən Niderlanda yollanan anqolalı hücumçu klubun qərarı barədə məlumatlandırılıb.

Halbuki afrikalı legioner Bakıya qayıtmaq üçün dönüş bileti istəyirdi. Qalmaqallı futbolçuya bildirilib ki, daxili nizam-intizam kodepksini pozduğundan, bağışlanması mümkün deyil və qərardan FİFA-ya şikayət etmək haqqına sahibdir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM