İşdən çıxarmaq üçün bəhanə: "Məni çay içməyə dəvət etmirsən"

26 İyul 2021 14:50 Şamaxı 1 515
İşdən çıxarmaq üçün bəhanə: "Məni çay içməyə dəvət etmirsən"

«Keşlə»nin baş məşqçisi Sənan Qurbanovun köməkçisi Azər Bağırovu komandadan uzaqlaşdırmasının səbəbi məlum olub.

Sportinfo.az-ın məlumatına görə, bu, əksər futbolçularıın onu sükan arxasında görmək istəməsi ilə əlaqədardır.

Belə ki, Qurbanovun məşq prosesindən və kollektivə münasibətindən narazı qalan bir qrup oyunçu Bağırovun mümkün təyinatı ilə bağlı söhbət edib.

Komanda üzvlərinin bununla bağlı klub rəhbərliyi ilə görüşə hazırlaşmasından xəbər tutan baş məşqçi onları qabaqlayıb. «Yuxarı»nın qəbuluna düşən çalışdırıcı «Azərlə işləyə bilmirəm, mənə mane olur» deyib və istəyinə çatıb.

Qəribədir ki, o, Bağırova bu qərarının səbəbini olduğu kimi izah etməyib. Qurbanov köməkçisinə «sən özünü məndən üstün tutursan, çay içməyə gedəndə də dəvət etmirsən, oyundan sonra avtobusa minmrsən» deyib.

Digər Xəbərlər
Xəbər Lenti