Bakıda regionları təmsil edənlər üçün təlim-məşq toplanışına start verildi

04:40 Cüdo 61
Bakıda regionları təmsil edənlər üçün təlim-məşq toplanışına start verildi

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə ACF-nin mətbuat xidmətindən bildirilib.

Doqquz gün davam edəcək hazırlıq prosesinə müxtəlif bölgələrdən ümumilikdə 60 idmançı (48 oğlan, 12 qız) cəlb olunub.

Toplanışın əsas məqsədi cüdoçuların qarşıdakı Azərbaycan çempionatına hazırlıq səviyyəsinin yüksəldilməsi və texniki-taktiki bacarıqlarının təkmilləşdirilməsidir.

Məşqlərə ACF-nin peşəkar məşqçiləri rəhbərlik edirlər. Proqrama texniki çalışmalar, fiziki hazırlıq və fərdi bacarıqların inkişafına yönəlmiş məşqlər daxildir.

ACF regionlarda cüdonun inkişafına və perspektivli idmançıların mütəmadi hazırlıq prosesinə cəlb olunmasına xüsusi diqqət ayırır.

Bu istiqamətdə 2023-cü ildən etibarən region cüdoçuları üçün həm müxtəlif bölgələrdə, həm də Bakıda təlim-məşq toplanışları təşkil edilir.

İdmançıların beynəlxalq təcrübəsinin artırılması məqsədilə bu ilin iyulunda Gürcüstanın Qori şəhərində də region cüdoçularının iştirakı ilə beynəlxalq təlim-məşq toplanışı keçirilib.

Hazırkı hazırlıq prosesi region idmançıları üçün Bakıda təşkil olunan ikinci təlim-məşq toplanışıdır.

Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışına start verilib

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!
12 Noyabr 04:00 SÜRPRİZ sevgi İDDİAsı