Azərbaycanın U-19 millisinin Avropa çempionatının B liqası üzrə II seçmə mərhələsinin Monteneqroya qarşı keçirdiyi ilk oyununun statistikası açıqlanıb.
Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimizin 2:7 hesabı ilə məğlub olduğu görüşdə rəqəmlər heç də ürəkaçan deyil.
Komandamız oyun ərzində 3 dəfə qapıya zərbə vurub ki, bunun hər üçündə “çərçivə”yə düşüb və 2-si qolla nəticələnib.
Əvəzində monteneqrolular 50 faizlik göstərici ilə yadda qalıblar. Rəqibin 14 zərbəsindən yarısı – 7-si qolla yekunlaşıb.
U-19 millimiz yalnız oyundankənar vəziyyət və cərimə zərbələrinin sayında rəqibi qabaqlayıb.
Azərbaycan – Monteneqro
Qollar – 2:7
Zərbələr – 3:14
“Çərçivə”yə zərbələr – 3:10
“Çərçivə”yə düşməyən zərbələr – 0:3
Bloklanan zərbələr – 0:1
Künc zərbələri – 4:4
Oyundankənar vəziyyət – 4:2
Sarı vərəqələr – 4:4
Cərimə zərbələri – 17:13
