Dünya çempionatında gümüşə yiyələndi - Qurbanov

05:00 Digər növlər 40
Dünya çempionatında gümüşə yiyələndi - Qurbanov

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 3-cü Gənclər arasında Dünya çempionatı və 32-ci Dünya Yaş Qrupları Yarışlarında Azərbaycan gimnastları uğurlu çıxışlarını davam etdirirlər.

Sportinfo.az xəbər verir ki, Tamblinq üzrə 17-21 yaş kateqoriyasının təsnifat mərhələsində təmsilçimiz Bilal Qurbanov 52.400 xal toplayaraq 2-ci pillədən final mərhələsinə yüksəlib.

Digər təmsilçimiz Hüseyn Abdullayev isə 48.900 xalla təsnifatı 8-ci pillədə tamamlayaraq finala vəsiqə qazanıb.

Həlledici mərhələdə Bilal Qurbanov 27.000 xal toplayaraq gümüş medalın sahibi olub. Hüseyn Abdullayev isə finalda 25.700 xalla 5-ci yeri tutub.

12–15 noyabr tarixlərini əhatə edən yarışlarda batut gimnastikası, tamblinq və ikili mini-batut proqramları üzrə mübarizə aparılır.

Nankində keçirilən ümumi yarış proqramına 40-dan çox ölkə və regiondan 2000-dən artıq idmançı, məşqçi və texniki nümayəndə qatılıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!
12 Noyabr 04:00 SÜRPRİZ sevgi İDDİAsı