“Araz-Naxçıvan“ Şarl Boli ilə vidalaşmağı planlaşdırır.
Muxtar Respublika təmsilçisi burada ikinci mövsümünü keçirən yarımmüdafiəçini qış fasiləsində Azərbaycandan birdəfəlik yola salmaq niyyətindədir.
Bunun üçün 28 yaşlı legionerin müddəti gələn ilin yayında bitəcək müqaviləyə qarşılıqlı xitam verməyə razılaşması lazımdır.
“Ağ-qırmızılar“ ümid edir ki, o, klubun mövcud vəziyyətini nəzərə alaraq, buna “yox“ deməyəcək. Çünki Boli hazırda onların ən çox məvacib alan iki futbolçusundan biridir.
“Araz“ Patrik Andrade ilə bərabər, ona hər ay 35 min dollar əməkhaqqı ödəyir. Bu isə ümumi maaş büdcəsinin az qala yarısını təşkil edir.
Şotlandiyada doğulan, Fransa və Kot-d’İvuar vətəndaşlığı olan legionerə ilk belə çağırış yayda olub.
Di gəl, səbəbkar həmin vaxt iki ayağını bir başmağa dirəyərək, düşərgədə qalıb. 1+1 illik müqaviləni əldə əsas tutan Boli başqa sərfəli təklifinin olmamasını deyərək, getməyib.
İndi isə qalmasını Yuri Maksimov da istəmir. İki aya yaxındır sükan arxasına keçən ukraynalı yarımmüdafiəçinin komandaya can yandırmamasına, sadəcə, günləri yola verməsi barədə hesabat verib.
Boli karyersı ərzində Fransanın “Lans”, “Po”, “Paris”, eləcə də İtaliyanın “Viçentsa” klublarında çıxış edib. Ölkəmizə gələnədək Kiprdə - “Apollon”da (Limasol) forma geyinib, 23 matçda meydana çıxıb.
SPORTİNFO.AZ
