“Şamaxı”ya dur deyən tapılmır.
Mövsümə “Qarabağ”a məğlubiyyətlə başlayan “şirlər” ardınca nə az, nə çox, yeddi oyundur uduzmur.
Bu görüşlərin üçündə Azər Bağırovun komandası qələbə qazanıb.
Son turda “Şəfa” ilə qarşılaşmada bölgə təmsilçisi əsl xarakter nümayiş etdirdi.
Hesabda 0:2 geri düşən komanda möhtəşəm geri dönüş edərək 3:2 hesablı qələbəyə sevindi.
Mövsümün əvvəlində liqada qalmaq uğrunda mübarizə aparacağı düşünülən komandanın azarkeşləri artıq daha yüksək hədəflər barədə danışırlar.
Belə ki, sosial şəbəkələrdə “Şamaxı” azarkeşləri avrokuboklara vəsiqə arzusunu açıq şəkildə dilə gətirirlər:
"Addım-Addım Avropaya".
"Möhtəşəm geridönüş. Halaldı!".
"Halaldı. Özü də necə qollarla qələbə qazandıq".
"Həmişə zəif saydığımız rəqiblərlə problem yaşayırıq. Şükür, geridönüş edə bildik".
"Əla, sağ olun, uşaqlar".
"Azər müəllim, bizi Avropaya apar".
"Möhtəşəm iş gördünüz".
XANOĞLAN/ SPORTİNFO.AZ
