Gülər Olimpiya ikincisi oldu - FOTO

04:10 Boks 38
Gülər Olimpiya ikincisi oldu - FOTO

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

Sportinfo.az xəbər verir ki, Seneqalda 51 kq çəki dərəcəsində mübarizə aparan milli komandamızın üzvü finalda Qrenyellis Qarsiya (Venesuela) ilə üz-üzə gəlib.

Döyüşdə rəqib qalib gəldiyi üçün Hüseynova Olimpiya Oyunlarının ikincisi olub. O, bununla da Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazanan ilk azərbaycanlı qız boksçu kimi tarixə düşüb.

Gülər Hüseynovadan əvvəl oğlan boksçularımızdan Rüfət Hüseynov (49 kq) Nankin-2014-də qızıl, Sinqapur-2010-da Salman Əlizadə (48 kq) ilə Elvin İsayev (57 kq) gümüş, Buenos-Ayres-2018-də isə Nurlan Səfərov (60 kq) bürünc mükafat əldə ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!
12 Noyabr 04:00 SÜRPRİZ sevgi İDDİAsı