Afrikalı “Neftçi”yə uduzandan sonra dilə gəldi: “Buna layiq idik”

19:40 Şamaxı 98
Afrikalı “Neftçi”yə uduzandan sonra dilə gəldi: “Buna layiq idik”

“Neftçi” Şamaxı səfərindən çətin qələbə ilə qayıtdı.

Cari mövsümdə inamlı təsir bağışlayan şamaxılılar az qala çempionluq uğrunda mübarizə aparan rəqibini büdrədəcəkdi.

“Ağ-qaralar” hesabda iki dəfə önə keçsə də, meydan sahibləri hər iki halda bərabərlik qolunu vurmaqla “dişini” göstərməyi bacardı.

Hər şey heç-heçəyə doğru gedirdi. Lakin qonaqların əvəzetmələri özünü doğrultdu. “Neftçi” həm oyunda üstünlük qazandı, həm də meydana sonradan daxil olan Adeleke Akinyemi qələbə topunu vurdu – 3:2.

Məğlub olmasına baxmayaraq, nümayiş etdirdiyi oyuna görə “Şamaxı”nı təbrik etmək yerinə düşər. Meydan sahibləri güclü rəqibə qarşı sona qədər mübarizə aparıb, 1 xala layiq oyun sərgilədi.

“Şamaxı”nın beninli müdafiəçisi Abdul Raşid Mumini Sportinfo.az-a açıqlamasında komandasının məğlubiyyətə layiq olmadığını açıq şəkildə etiraf edib:

“Yaxşı oynadıq, əzmkarlıq göstərdik və sona qədər mübarizə apardıq. Təəssüf ki, xal qazana bilmədik.

Əslində, azı 1 xala layiq idik. İnşallah, yenidən qələbələr seriyasına qayıdacağıq.

“Neftçi” güclü komandaya sahibdir. Amma bu, onlarla mübarizə aparmağımıza mane olmadı. Qələbə münasibətilə rəqibi təbrik edirəm”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti