“Arsenal” 10 ildən artıqdır düşərgəsində yer alan qapıçısı Cek Talbotla ilk peşəkar sözləşməyə imza atıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
6-9 yaşlarında həm paytaxt təmsilçisində, həm də “Vest Hem”də oynamış qolkiper 2017-ci ildə “topçular”a qoşulub.
Zədə problemləri ilə mübarizə aparan Talbot ötən həftəsonu Premyer Liqa kubokunda “Sanderlend”ə 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada meydana çıxıb.
