Klubun İdarə Heyətinin strateji məsələlər üzrə müşaviri təyin olundu

02:10 Şamaxı 93
Klubun İdarə Heyətinin strateji məsələlər üzrə müşaviri təyin olundu

Mövlan Paşayev “Şamaxı” Futbol Klubunun İdarə Heyətinin strateji məsələlər üzrə müşaviri təyin olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İdarəetmə və biznes məsləhət xidmətləri sahəsində təcrübəyə malik Mövlan Paşayev 10 ildən cox “Böyük Dördlük” adlanan konsaltinq şirkətlərindən birinin idarəedici partnyoru vəzifəsində çalışıb.

Hazırda Arthur D. Little, dünyanın ilk biznes məsləhət şirkətini Azərbaycanda təmsil edir.

İxtisasca hüquqşünasdır, ABŞ-nin Duke Universitetində təhsil alıb və ADA Universitetində pedaqoji fəaliyyətlə məşğul olur.

M.Paşayevin fəaliyyəti klubun strateji prioritetlərinin müəyyənləşdirilməsi, yeni kommersiya imkanlarının qiymətləndirilməsi və marketinq fəaliyyətinin inkişafına dəstəyi əhatə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM