“Zirə” nin milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranmış fasilə zamanı planları müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə “qartallar”ın sözçüsü Elmar Abdullazadə məlumat verib.
“Komanda üç günlük istirahətə buraxılmışdı. Məşqlər dünəndən başlayıb. Yoxlama matçı nəzərdə tutulmayıb”, - deyə, o, bildirib.
Fasilədən sonra “Zirə” Misli Premyer Liqasında ilk matçını noyabrın 20-də səfərdə “İmişli” ilə oynayacaq.
Komanda turnir cədvəlində 19 xalla beşinci pillədə qərarlaşıb.
