"Şamaxı" fantastik mövsüm keçirir.
Bölgə klubu 7 oyun rəqib tanımadı.
Yalnız son turda "İmişli"yə məğlubiyyət qeydə alındı.
Birinci turda "Qarabağ"a uduzan "şirlər" sonrakı matçlarda bir qayda olaraq xallar qazanıb.
Azər Bağırovun komandası hazırda avrokuboklar zonasında yaxın pillədə yer alır.
Azarkeşlərdə sona qədər burada qalmağa ümid yaranıb.
“Şamaxı”nın bu imkanlarla avrokuboklarda iştirak etməsi möcüzəyə sayılacaq.
Komandanın lideri Ayman Bouali da Sportinfo.az-a açıqlamasında bu möcüzəyə inandıqlarını gizlətməyib:
"Bəli, möcüzənin baş verəcəyinə inanırıq. Amma onu da bilirik ki, bunun üçün daha çox çalışmalı və mübarizə aparmalıyıq.
Hər oyuna ayrıca hazırlaşır, səhvlərimizdən nəticə çıxarırıq.
İndi əsas məqsədimiz hər qarşılaşmada yaxşı nəticə qazanmaqdır".
XANOĞLAN/ SPORTİNFO.AZ
