“Neftçi”ni liderliyə yüksəldən 3 nəfər - VİDEO

00:30 Şamaxı 92
“Neftçi”ni liderliyə yüksəldən 3 nəfər - VİDEO

“Neftçi” Azərbaycan Premyer Liqasının X turunda səfərdə “Şamaxı”nı məğlub edib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi rəqibini 3:2 hesabı ilə üstələyib.

Şamaxı şəhər stadionunda keçirilən qarşılaşmada qonaqların heyətində Qustavo Klisman (14), Breno Almeyda (49) və Adeleke Akinyemi (75) fərqləniblər.

Meydan sahiblərinin qollarını isə Abdullah Şuaybu (24) və Ayman Bouali (64) vurublar.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran “Neftçi” Azərbaycan Premyer Liqasının turnir cədvəlində liderliyə yüksəlib.

“Şamaxı” - “Neftçi” 2:3

Şamaxı şəhər stadionu, 1300 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Asiman Əzizli
Dördüncü hakim: Emin Əliyev
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Sarı vərəqələr: Rikardo Fernandes, 54 (hakimin qərarına etiraz); Rikardo Apolinario, 65 (qeyri-idman hərəkəti) // İfeanyi Metyu, 62 (qeyri-idman hərəkəti); Rüfət Abbasov, 89 (qeyriidman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Azər Bağırov, 66 (hakimin qərarına etiraz)
Qollar: Abdullahi Şuaybu, 24; Ayman Bouali, 64 // Qustavo Klisman, 14, Breno Almeyda, 49; Adeleke Akinyemi, 75
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.

“Şamaxı”
1. Rikardo Fernandes (k)
5. Emin Rüstəmov
97. Oruc Məmmədov
(77. Okan Təhməzli, 78)
10. Edqar Adilxanov
(80. Həbib İsmayılov, 65)
25. Filipe Markes
(7. Emil Süleymanov, 78)
13. Rikardo Apolinario
11. Ayman Bouali
(14. Uğur Cahangirov, 78)
3. Jota
19. Abdullahi Şuaybu
(9. Tornike Axvlediani, 59)
4. Rui Paşeko
52. Abdul Raşid Mumini
Ehtiyat oyunçular:
62. Abdulla Seydəhmədov
96. Nicat Qaragözlü
2. Fariz Xeyrullayev
88. Hacıəli Şirəliyev
66. Ceyhun Bağırzadə
8. Teşaqer Dequ
Baş məşqçi: Azər Bağırov

“Neftçi”
1. Emil Balayev (k)
14. Elvin Bədəlov
3. Rüfət Abbasov
18. İfeanyi Metyu
(8. Emin Mahmudov, 83)
55. Endryu Qravilyon
33. Breno Almeyda
10. Freddi Varqas
(26. Adeleke Akinyemi, 65)
22. Denzel Jubitana
(6. Sessi Dalmeyda, 78)
20. Qustavo Klisman
(7. Emil Səfərov, 65)
88. Viçko Şevel
11. Alen Şkribek
(29. Lyubomir Tupta, 65)
Ehtiyat oyunçular:
93. Rza Cəfərov
91. Nurəziz Əzizov
24. Mustafa Sek
97. Bassala Sambu
70. Andrey Ştoqrin
27. Draqolyub Saviç
Baş məşqçi: Yuri Vernidu

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 20:00 Çək və bizə göndər!