Mikayıl Cabbarov DÇ-də medal qazananlarla nə danışdı? - FOTOLAR

03:40 Güləş 39
Mikayıl Cabbarov DÇ-də medal qazananlarla nə danışdı? - FOTOLAR

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında, həmçinin Seneqalın paytaxtı Dakarda təşkil olunan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandaların üzvləri, məşqçilər və federasiyanın rəsmiləri ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, görüş zamanı beynəlxalq yarışların nəticələri, Azərbaycan güləşinin dünya arenasında mövqeyi, idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qarşıdakı hədəflər ətrafında fikir mübadiləsi aparılıb.

Dünya çempionatında beşinci dəfə qızıl medal qazanan Eldəniz Əzizlinin Azərbaycan güləşi tarixində yeni nailiyyətə imza atması xüsusi qeyd olunub.

Sənan Süleymanovun isə 15 illik fasilədən sonra Olimpiya çəkisində dünya çempionu titulunu ölkəmizə qazandırması milli güləş məktəbinin növbəti uğuru kimi dəyərləndirilib.

Mikayıl Cabbarov idmançıları, məşqçiləri və federasiyanın müvafiq strukturlarının nümayəndələrini əldə olunan mühüm nəticələr münasibətilə təbrik edib.




Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!
12 Noyabr 04:00 SÜRPRİZ sevgi İDDİAsı