SON DƏQİQƏ: Azərbaycanın 12 elitar klubundan biri SATIŞA ÇIXARILDI!

20:00 Şamaxı 389
SON DƏQİQƏ: Azərbaycanın 12 elitar klubundan biri SATIŞA ÇIXARILDI!

Premyer Liqada ardıcıl üçüncü mövsümünü keçirən «Şamaxı» satılır.

Saytımız bu barədə son dəqiqə məlumatı əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, bu məsələ kifayət qədər realdır və gündəmdədir. Belə ki, 3 milyon manat ödəniş etməyə hazır olan şəxs və ya şirkət klubun təsisçilik hüququna yiyələnə bilər.

Səbəb birmənalıdır - maliyyə problemi. Rəhbərlik mövcud şərtlər daxilində «Şamaxı»nı inkişaf etdirməyin çətin olduğunu dərk edir.

Başa düşürlər ki, yalnız AFFA-nın ayırdığı aylıq yardım paketi sayəsində «şirlər»in fəaliyyətini təmin etmək bundan sonra müşkül məsələdir.

Yeni sponsorların cəlb olunması? İndiyədək müxtəlif səviyyələrdə görüşlər keçirilib, danışıqlar aparılıb.

Fəqət, onların heç biriylə razılıq əldə edilməyib. Mümkün namizədlər tərəfdaş qismində «Şamaxı» ilə münasibət qurmaqdan boyun qaçırıb.

Əyalət təmsilçisinin rəhbərliyi bu yay bankdan böyük miqdarda kredit götürüb.

Nə üçün? Klubun müəyyən məsrəflərini qarşılamaqdan ötrü.

Bu, artıq neçənci ildir ki, belə davam edir.

Axı hara qədər? Görünür, hazırkı yönətimin sabaha ümidi azdır.

İnanmırlar ki, sabah hansısa iş adamı portnyor qismində «Şamaxı»nın maliyyələşməsində iştirak eləsin.

Əlqərəz, hər şey dalana dirənib. İllər bir-birini əvəzləsə də, büdcə dəyişmir. Nəticədə komanda demək olar hər yay yenidən formalaşdırılır.

Futbolçular əvvəlki şərtlərlə burada qalmaq istəmədiyindən, islahatlar aparmaq məcburiyyəti yaranır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol