Almaniya yığmasının bizim uşaqlara yazığı gəlib?

08:50 Milli komanda 44
Almaniya yığmasının bizim uşaqlara yazığı gəlib?

Azərbaycanın U-17 millisinin Avropa çempionatının 1-ci seçmə mərhələsində Almaniya ilə keçirdiyi oyununun statistikası açıqlanıb.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, göstəricilər fiaskodan xəbər verir.

Hətta düşünmək olar ki, millimiz 0:7 hesabı ilə məğlub olduğu üçün sevinməlidir. Çünki almanlar qarşılaşma ərzində düz 28 dəfə zərbə ilə yadda qalıblar.

Bunlardan 15-də qapını düzgün nişan almaq mümkün olub. Bunun fonunda 7 top buraxmağı normal qarşılamaq lazımdır.

Millimizin isə 90 dəqiqə ərzində bir dəfə də olsun zərbə cəhdi olmayıb. Bir sözlə, qarşılaşma başdan sona qədər rəqibin tam diqtəsi ilə keçib.

Komandamız nəinki zərbə vurub, heç künc zərbəsi də yerinə yetirə bilməyib.

Almaniya – Azərbaycan

Qollar – 7:0

Zərbələr – 28:0

“Çərçivə”yə zərbələr – 15:0

“Çərçivə”yə düşməyən zərbələr – 7:0

Bloklanan zərbələr – 6:0

Künc zərbələri – 11:0

Oyundankənar vəziyyət – 2:1

Sarı vərəqələr – 2:1

Cərimə zərbələri – 14:9

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!