Dünya çempion olmuş baş məşqçi ilə müqaviləni 2030-cu ilədək uzatdılar

10:00 Dünya futbolu 33
Dünya çempion olmuş baş məşqçi ilə müqaviləni 2030-cu ilədək uzatdılar

Argentina Futbol Assosiasiyası (AFA) milli komandanın baş məşqçisi Lionel Skaloni ilə müqavilənin müddətini 2030-cu ilədək uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFA-nın prezidenti Klaudio Tapia məlumat verib.

Bununla da, 48 yaşlı mütəxəssis 2030-cu ilədək Argentina millisinin baş məşqçisi vəzifəsində fəaliyyətini davam etdirəcək.

Skaloninin rəhbərliyi altında Cənubi Amerika təmsilçisi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub. Turnirin finalında Argentina millisi Fransanı penaltilər seriyasında məğlub edib.

2026-cı il dünya çempionatının finalında isə argentinalılar İspaniya millisinə uduzublar.

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!