Azərbaycan Avropa çempionatını neçə medalla başa vurdu?

04:20 Şahmat 24
Azərbaycan Avropa çempionatını neçə medalla başa vurdu?

Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində keçirilən 8-18 yaşadək şahmatçılar arasında Avropa çempionatına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, 18 yaşadək qızların mübarizəsində Nərmin Abdinova 9-cu turda FIDE təmsilçisi Lizaveta Liashkeviçi məğlub etməklə yarışı maksimal nəticəylə başa vurub.

Bir tur əvvəl çempionluğu təmin edən Nərmin 9 turda 9 xalla fenomenal nəticəyə imza atıb.

18 yaşlı oğlanların yarışında Tunar Davudov son turda Polşa şahmatçısı Pavel Sovinskini üstələyərək xalını 7-yə çatdırıb. Bununla Davudov qitə çempionatının gümüş medalını qazanıb.

8 yaşlı qızların yarışında Selin Məmmədova Türkiyə şahmatçısı Eliz Karahana qalib gələrək fəxri kürsüdə yerini təmin edib. O Avropa çempionatının bürünc medalçısı olub.

Beləliklə, Azərbaycan şahmatçıları Avropa çempionatını 1 qızıl, 1 gümüş və 1 bürünc medalla vuraraq komanda hesabında 42 ölkə arasında 3-5-ci yerləri bölüşdürüb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!
12 Noyabr 04:00 SÜRPRİZ sevgi İDDİAsı