“Sabah”ı büdrətdilər - 200-cü dəfə heç-heçə etdilər

02:30 Şamaxı 64
“Sabah”ı büdrətdilər - 200-cü dəfə heç-heçə etdilər

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü dəfə heç-heçə edib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, bu yubiley Misli Premyer Liqasının 11-ci turunda qeydə alınıb.

Şamaxının eyniadlı təmsilçisi “Sabah”la səfər görüşündə bir xal qazanıb – 2:2.

Əvvəllər “Xəzər Universiteti”, “İnter”, “Keşlə” adları altında da çıxış edən komanda 737-ci matçında “200”ə çatıb.

Heç-heçələrdən 93-ü evdə, 107-si səfərdə qeydə alınıb. Şamaxılılar “Neftçi” və “Qarabağ”dan sonra 200 və daha çox heç-heçə edən 3-cü komandadır.

“Xəzər Universiteti” adlandığı vaxt ilk heç-heçəsini edən komanda 1999-cu il dekabrın 5-də “Turan”la ev görüşündə qolsuz sülhə imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 18:10 Çək və bizə göndər!
9 Noyabr 07:20 Günün FOTOsu!