Sabiq "Xəzər Lənkəran"lı Premyer Liqa klubunda - RƏSMI

13 Yanvar 2021 21:20 Şamaxı 700
Sabiq "Xəzər Lənkəran"lı Premyer Liqa klubunda - RƏSMI

"Keşlə" heyətinə yeni futbolçu qatıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi malili yarımmüdafiəçi Sadio Tounkaranı transfer edib.

28 yaşlı oyunçu ilə rəsmi müqavilə imzalanıb. O, bu mövsümün sonunadək "Keşlə"nin şərəfini qoruyacaq.

Daha əvvəl Azərbaycanda "Xəzər Lənkəran", AZAL, "Zirə" klublarında çıxış etmiş Sadio Tounkara Kiprdə "EN Paralimniou" və Estoniyada "Narva Trans"da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti