Premyer Liqa komandası əcnəbi forvardı yenidən ölkəmizə qaytardı - SON DƏQİQƏ

29 İyul 09:20 Şamaxı 3 510
Premyer Liqa komandası əcnəbi forvardı yenidən ölkəmizə qaytardı - SON DƏQİQƏ

"Şamaxı" yeni hücumçu ilə güclənib.

Bölgə klubu Ayman Boalini heyətinə qatıb.

26 yaşlı forvard Azərbaycan futbol ictimaiyyətinə tanış simadır.

Belə ki, mərakeşli legioner 2024/25 mövsümün birinci yarısını "Səbail"də keçirib. Bayıl klubunda meydana çıxdığı 12 görüşdə 3 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun son klubu Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Dhayd”ı olub.

Aymanın Türkiyənin "Umraniyəspor" klubunda da forma geyindiyini bildirək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 Sentyabr 18:10 Çək və bizə göndər!