Portuqaliyalı qapıçı bölgə klubu ilə bağlı hər şeyi açıqladı - MÜSAHİBƏ

17:00 Şamaxı 248
Portuqaliyalı qapıçı bölgə klubu ilə bağlı hər şeyi açıqladı - MÜSAHİBƏ

"Şamaxı"nın qapıçısı Rikardo Fernandes Sportinfo.az-a müsahibə verib.

Portuqaliyalı legioner təlim-məşq toplanışını dəyərləndirib, yeni mövsümlə bağlı hədəflərindən söz açıb:

- Təlim-məşq toplanışı necə keçir?

- Hər şey yaxşı keçdi. Ciddi zədələr olmadı və fiziki səviyyəmizi yaxşılaşdırdıq. Bütün komanda arasında güclü bir əlaqə yaradırıq. Düşünürəm ki, hazırlıq prosesindən razı qala bilərik.

- Heyətdə kütləvi dəyişiklik oldu. Bu məqam kollektivə necə təsir edir?

- Bu, futbola təsir etmir. Həmişə dəyişikliklər olur, həmişə gedən və qalan oyunçular olur. Maksimum güclə çalışırıq və bu, vacibdir. Yalnız bir-birimizə güvənirik. Geriyə baxmırıq, sadəcə irəli baxırıq.

- Artıq 3 yoxlama görüşü arxada qalıb. Yeni baş məşqçi Azər Bağırov köhnə sistemdən nələri dəyişib?

- Məşqçi öz ideyalarını gətirdi və onlar çox müsbət fikirlərdir. Hamımız bu ideyaları qəbul edirik və bizə ötürülən hər şeyi meydana çıxarmaq üçün əlimizdən gələni edirik. Məşqçi güclü və birləşmiş bir ailə yaradır.

- Yeni mövsümdə əsas məqsədiniz nədir?

- Sadəcə kluba kömək etmək və əlimdən gələni etmək istəyirəm. Hamımız bunu etməliyik. İşimizi bacardığımız qədər yerinə yetirsək, nəticələr də görünəcək."Şamaxı"nın qapıçısı Rikardo Fernandes Sportinfo.az-a müsahibə verib.

Portuqaliyalı legioner təlim-məşq toplanışını dəyərləndirib, yeni mövsümlə bağlı hədəflərindən söz açıb:

- Təlim-məşq toplanışı necə keçir?

- Hər şey yaxşı keçdi. Ciddi zədələr olmadı və fiziki səviyyəmizi yaxşılaşdırdıq. Bütün komanda arasında güclü bir əlaqə yaradırıq. Düşünürəm ki, hazırlıq prosesindən razı qala bilərik.

- Heyətdə kütləvi dəyişiklik oldu. Bu məqam kollektivə necə təsir edir?

- Bu, futbola təsir etmir. Həmişə dəyişikliklər olur, həmişə gedən və qalan oyunçular olur. Maksimum güclə çalışırıq və bu, vacibdir. Yalnız bir-birimizə güvənirik. Geriyə baxmırıq, sadəcə irəli baxırıq.

- Artıq 3 yoxlama görüşü arxada qalıb. Yeni baş məşqçi Azər Bağırov köhnə sistemdən nələri dəyişib?

- Məşqçi öz ideyalarını gətirdi və onlar çox müsbət fikirlərdir. Hamımız bu ideyaları qəbul edirik və bizə ötürülən hər şeyi meydana çıxarmaq üçün əlimizdən gələni edirik. Məşqçi güclü və birləşmiş bir ailə yaradır.

- Yeni mövsümdə əsas məqsədiniz nədir?

- Sadəcə kluba kömək etmək və əlimdən gələni etmək istəyirəm. Hamımız bunu etməliyik. İşimizi bacardığımız qədər yerinə yetirsək, nəticələr də görünəcək.

- Hələ ötən mövsümün gedişində adın bir neçə klubla çəkilirdi, amma “Şamaxı”da qaldın. Gələn təkliflər istənilən qədər ciddi deyildi, yoxsa başqa səbəblər var?

- Mənim “Şamaxı” ilə müqaviləm var. Şayiələrdən danışmaq olmaz.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti