“Neftçi”dən dəvət etdikləri müdafiəçisi ilə 2+1 kontrakt bağladılar

30 İyul 01:20 Şamaxı 1 113
“Neftçi”dən dəvət etdikləri müdafiəçisi ilə 2+1 kontrakt bağladılar

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi "Neftçi"dən müdafiəçi Fariz Xeyrullayevi heyətinə qatıb. 22 yaşlı futbolçu ilə üç illik (2+1) müqavilə imzalanıb.

Qeyd edək ki, "Şamaxı" bunadək Azər Bağırov (baş məşqçi, "Kəpəz"), Sənan Muradlı ("Sumqayıt" - icarə) Emin Rüstəmov ("Karvan-Yevlax") Uğur Cahangirov ("Karvan-Yevlax"),Ceyhun Bağırzad ("Qəbələ"), Okan Təhməzli ("Qəbələ"), Hacıəli Şirəliyev ("Difai") Emil Süleymanov, ("Qəbələ"), Nicat Qaragözlü (son klubu "Neftçi"), Joao Oliveira (“Sao Joao de Ver”, Portuqaliya), Teshager Degu (Son klubu “İroni”, İsrail), Tornike Akhvlediani (“İberiya 1999”, Gürcüstan), Abdul Raşid Mumini ("Sumqayıt"), Filipe Markeşlə ("Amora", Portuqaliya) müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!