Misli Premyer Liqasının I tura yekun vurulub. Son oyun günündə cəmi bir görüş keçirilib. "Şamaxı" səfərdə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub.
Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Şamaxı"nın baş məşqçisi Azər Bağırov oyun haqda fikirlərini bildirib:
- "Qarabağ"a qarşı oynamaq həmişə çətindir. Birinci hissədə uşaqlarda həyəcan var idi. Bu oyundan nəticələr çıxarmalıyıq. Səhvlərimiz var. Oyundan əvvəl dediyimiz epizodlarda səhvlər etdik. Daha yaxşı olmaq lazımdır. "Qarabağ" kimi rəqiblərlə matçlarda tapşırıqları maksimum yerinə yetirmək lazımdır. Cüzi səhvlər bağışlanmır. Daha yaxşı olmaq üçün çalışacağıq. "Qarabağ"a Konfrans Liqasında uğurlar arzulayıram.
- "Şamaxı"da hansı dəyişikliklər edə biləcəksiniz?
- Yerli gənc futbolçulardan ibarət yaxşı heyətimiz var. Azərbaycan futboluna yaxşı oyunçular cəlb etmək istəyirik. İşimiz çətindir. Asan iş olmur. Bilirsiniz ki, Premyer Liqada çalışmaq nə qədər çətindir. İnşallah zamanla sponsorumuz olar və hər şey yoluna düşər.
