Premyer Liqadan 6 kluba lazım olmadı, “Şamaxı” göydə qapdı - 15-ci TRANSFER

22:05 Şamaxı 270
Premyer Liqadan 6 kluba lazım olmadı, “Şamaxı” göydə qapdı - 15-ci TRANSFER

“Şamaxı” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.

Bölgə təmsilçisi cinah yarımmüdafiəçisi Ayman Boualini heyətinə qatıb.

26 yaşlı mərakeşli ilə 1 illik müqavilə imzalanıb. Onun son klubu Bİrləşmiş Ərəb Əmirliklərində “Al Dhaid” olub.

Bu, Aymanın ölkəmizə ikinci səfəridir.

Ərəb orta sahə oyunçusu 2024-ci ilin iyulundan 2025-ci iln iyununadək ”Səbail”in formasını geyinib. ”Dənizçilər” Premyer Liqanı tərk edincə, o da burayla vidalaşıb.

2023/2024 mövsümündə "Ümraniyespor"da (Türkiyə) tər axıtmış mərakeşli yenidən Azərbaycana dönmək üçün bütün variantları işə salıb.

Premyer Liqadan 6 iştirakçıya xidməti təklif olunub, di gəl, heç biri ona 4000 dollar əməkhaqqı verməyi belə, lazım bilməyib.

"Şamaxı" bu yay daha 14 nəfərlə anlaşıb.

Sənan Muradlı ("Sumqayıt" - icarə) Emin Rüstəmov ("Karvan-Yevlax"), Uğur Cahangirov ("Karvan-Yevlax"), Ceyhun Bağırzadə ("Qəbələ"), Okan Təhməzli ("Qəbələ"), Hacıəli Şirəliyev ("Difai") Emil Süleymanov, ("Qəbələ"), Nicat Qaragözlü ("Neftçi"), Joao Oliveira (“Sao Joao de Ver”, Portuqaliya), Teshager Degu (Son klubu “İroni”, İsrail), Tornike Akhvlediani (“İberiya 1999”, Gürcüstan), Abdul Raşid Mumini ("Sumqayıt"), Filipe Markeş ("Amora", Portuqaliya) və Fariz Xeyrullayev ("Neftçi") düşərgəyə cəlb olunub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti