
Avropa Liqasının H qrupunda “Qarabağ”ın rəqibi olan “Hekken” tezliklə baş məşqçisiz qala bilər.
Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Per-Matias Hegmo mətbuata klubu tərk etmək niyyətində olduğunu açıqlayıb.
Norveçli mütəxəssis Yaponiyanın “Urava Red Diamonds” komandasına rəhbərlik edəcək.
“Qarabağ” və “Hekken” qrupun son turunda üz-üzə gələcək. Oyun dekabrın 14-də Bakıda, Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.