“Qarabağ”ın  ən böyük TRANSFER BAZARLIĞI niyə uğursuz alındı?

14:40 Qarabağ 58
“Qarabağ”ın  ən böyük TRANSFER BAZARLIĞI niyə uğursuz alındı?

Premyer Liqada ilk dövrə arxada qaldı.

«Qarabağ» ilk «altılığ»a daxil olanların heç birinə qalib gələ bilmədi. Onlardan yalnız “Kəpəz”lə qarşılaşma hələ keçirilməyib.

Təqvimdə ikinci tura təsadüf edən bu oyun dekabrın 17-nə təxirə salınıb. Buna görə də “Qarabağ”ın ilk ”altılıq”dakı bütün rəqiblərinə qarşı oyunlarını tamamladığını demək düzgün olmaz.

“Qarabağ”ın ardıcıl üç çempionat matçında qol vura bilməməsi son 15 ilin mənfi göstəricisidir. Komanda “Sabah” və “Qəbələ” ilə 0:0, “Turan Tovuz”la isə 0:1 hesabı ilə qarşılaşıb.

Bu nəticələr təsadüfi xal itkilərindən daha böyük problemə işarə edir. Çünki komanda artıq təkcə çətin rəqiblərə qarşı deyil, müdafiədə kompakt oynayan kollektivlərə qarşı da hücum həlləri tapmaqda çətinlik çəkir.

“Qarabağ”ı n hazırkı vəziyyətini təhlil edərkən, yay transfer pəncərəsinə xüsusi diqqət yetirmək lazımdır. Klub yayda tarixinin ən böyük transfer büdcəsi hesabına heyətində ciddi dəyişiklər edib və bir neçə mövqedə yenilənməyə gedib.

Komandanı tərk edən futbolçular arasında aşağıdakı adlar var: Leandro Andrade – “Polissya Jitomir”, Kamilo Duran – “Seltik”, Emmanuel Addai – “OH Leuven”, Kevin Medina – “Johor Darul Ta'zim”, Samy Mmaee – “Dinamo Zaqreb”, Dani Bolt – “Johor Darul Ta'zim”, Mateuş Koxalski – “Vyeçista Krakov”, Fabijan Buntiç – “Farense”, Ramil Şeydayev – “Soçi”, Amin Ramazanov – “Sabah”.

Bu siyahıda diqqətçəkən məqam odur ki, dəyişikllər yalnız hücum xəttində baş verməyib. Müdafiə, qapıçı mövqeyi və hücum xətti də yenilənib.

Belə «yeni qan» əməliyyatı zamanı əsas çətinlik yeni futbolçuların fərdi keyfiyyətlərinin mövcud oyun modelinə uyğunlaşdırılmasıdır.

Məsələn, Leandro Andrade və Kamilo Duran kimi futbolçuların gedişi hücumun fərdi keyfiyyətinə təsir göstərir.

Sami Mmaee və Kevin Medinanın ayrılması müdafiə rotasiyasını dəyişir. Koxalskinin gedişi isə qapıçı mövqeyində yeni seçimə ehtiyac yaradıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti