O, Qurban Qurbanovun yaşadıqlarını yaşamaq istəmirsə…

11:40 Sabah 43
O, Qurban Qurbanovun yaşadıqlarını yaşamaq istəmirsə…

«Qarabağ»ın bu ilin əvvəlindən - «Nyukasl» ilə Çempionlar Liqasının pley-off matçlarından başlayan enişi durmaq bilmir.

Oyun planındakı geriləmə tədricən sürətlənməsəydi, çempionluq titulunu özlərində saxlayardılar.

Yaydakı islahatlar isə indiyədək görünməmiş miqyasda aparıldı. 10 nəfərdən artıq gedən oldusa, 12 legioner də gələsi oldu. Bununla, yağışdan çıxıb, yağmura yaxalandılar sanki.

Halbuki ötən ilin payızında «Qarabağ» daxili çempionatda müəyyən çətinliklər yaşasa da, dekabrda Çempionlar Liqasının liqa mərhələsini uğurla başa vuraraq, ilk 24 iştirakçı sırasına daxil oldu və pley-offa vəsiqə qazandı. Beləliklə, Avropa arenasında mübarizəsini davam etdirdi.

Müqayisə etsək, «Sabah»ın vəziyyəti fərqlidir. ÇL-dəki hazırkı turnir cədvəlini və qarşıdakı rəqibləri nəzərə alsaq, Avropada mübarizəni davam etdirmək imkanları xeyli məhduddur.

Ona görə də «Sabah» üçün əsas məsələ hazırkı uğursuz nəticələrə emosional reaksiya vermək deyil, mövsümün qalan hissəsini düzgün planlaşdırmaqdır.

Avropa təcrübəsindən maksimum faydalanmaq, futbolçuların fiziki vəziyyətini qorumaq və daxili çempionatda hədəflərdən uzaqlaşmamaq lazımdır.

Çünki futbol qısa məsafə deyil, uzun marafondur. Və bu marafonda əsas nəticəni bir neçə turun deyil, bütün mövsümün yekunu müəyyən edir.

Valdas Dambrauskas Qurban Qurbanovun yaşadıqlarını yaşamaq istəmirsə, reallığı düzgün qiymətləndirməli, ÇL-i başından atmalıdır.

Baş məşqçi bunu etməsə, əziyyətini öncə futbolçuları, sonra özü çəkəcək. Axı indidən bunun əlamətləri görünür. hər mənada çox yorğundur komanda.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!