“Sabah”ın Çempionlar Liqasında rəqibi olan “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Avropanın iki top-klubunun diqqətini cəlb edib.
Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, niderlandlı futbolçunun xidmətində “Arsenal” və PSJ maraqlıdır.
“Topçular”ın baş məşqçisi Mikel Arteta, Martin Subimendi klubdan ayrılacağı təqdirdə, De Yonqu onun əvəzləyicisi kimi görür.
PSJ-nin baş məşqçisi Luis Enrike də 29 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyir. Ancaq futbolçunun “Barselona”dan ayrılmağa hazır olub-olmadığı hələlik bəlli deyil. Hər iki klub bu məsələni araşdırır.
De Yonq bu mövsüm bütün turnirlərdə 4 oyunda meydana çıxıb. “Transfermarkt” portalı onun bazar dəyərini 25 milyon avro qiymətləndirir.
