"Mingəçevir" baş məşqçisi Elman Sultanov ilə yolları ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə I Lqqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Sultanovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Elman Sultanov bu ilin avqust ayında "Mingəçevir"in baş məşqçisi təyin edilmişdi. Komanda liqada 7 turdan sonra 4 xalla 10 komanda arasında 9-cudur.
