“Ən azı, mövsümün sonuna qədər burada olacam“

22:20 Hadisə 69
“Ən azı, mövsümün sonuna qədər burada olacam“

“Zirə” kimi iddialı klubdan sonra autsayder “Şəfa”da çıxış etmək psixoloji baxımdan çətindir“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şəfa“nın yeni qapıçısı Tiaqo Silva deyib.

Paytaxt təmsilçisi sentyabrda 26 yaşlı portuqaliyalı ilə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalayıb:

“Əlbəttə, “Zirə” yaxşı komandadır. Orada çox yaxşı xatirələrim var.

Amma bunlar artıq keçmişdə qalıb. Hazırda buradayam və ən azı, mövsümün sonuna qədər “Şəfa“da olacam.

Müqaviləm var və mövsümün sonuna qədər planım bəllidir. Ölkəni və şəhəri tanıyıram. Bu da qərar verməyimi asanlaşdırdı“.

O, son 3 mövsümü Azərbaycanda - “Zirə”də keçirib. “Benfika”nın yetirməsi olan Tiaqo Silva ölkəsində isə “Vitoriya Gimaraeş”, “Leyşoeş” və “Trofense”nin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti