“Millətlər Liqasında ən vacib oyuna çıxacağıq”.
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan yığmasının hücumçusu Mahir Emreli deyib.
O, qarşıda Millətlər Liqasında Lixtenştyenə və yoldaşlıq görüşündə Andorraya qarşı oynayacağı matçlardan danışıb.
29 yaşlı forvard ilk matçın vacib olduğunu bildirib: “Bakıdakı oyundan sonra Litva üzərində qələbə qazanmışdıq.
Yaxşı reaksiya göstərmişdik. Amma Lixtenşteynə səfərdə qalib gələ bilməsək, digər nəticələrin heç bir önəmi qalmayacaq.
Əlbəttə ki, bizim üçün ən vacib oyundur. Biz meydana qələbə üçün çıxacağıq.
Bakıdakı matçda qaçırdığımız epizodlardan fərqli, bu dəfə əlimizə düşən fürsətləri dəyərləndirmək istəyirik. Yadımda deyil ki, Bakıda qapıya neçə zərbə vurmuşduq”.
