Premyer Liqanın 11-ci turunda «İmişli» ilə qolsuz heç-heçə «Sumqayıt»ın prezidenti Riad Rəfiyevi hiddətləndirib.
«Kimyaçılar»ın prezidenti Yevlaxdakı matçın final fitindən sonra paltardəyişmə otağına daxil olaraq, futbolçularla sərt dildə danışıb.
O, komandanın sərgilədiyi futboldan narazılığını kəskin formada ifadə edib, əksər oyunçuların rəqibə barmaqarassı yanaşdığını bildirib.
Rəfiyev yaratdıqları şəraitin qarşılığında kollektivdən yaxşı çıxış etməyi gözlədiklərini, ancaq ilk dövrədə qeydə alınan nəticələrdən böyük məyusluq keçirdiklərini söyləyib.
«Gənclik şəhəri» təmsilçisinin birinci şəxsi onların yanaşmasına adekvat reaksiya verəcəklərini diqqətə çatdırıb. Yəni ki, hansısa cəza tədbiri görüləcək.
Mövsümün geridə qalan hissəsində 10 oyuna çıxan «Sumqayıt» cəmi 10 xal toplayıb. Bu göstərici ilə turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıblar.
SPORTİNFO.AZ
