FİFA-nın sabiq prezidenti Yozef Blatter qurumun hazırkı rəhbəri Canni İnfantinonu tənqid edib.
Sportinfo.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, 89 yaşlı Blatter, İnfantinonun ABŞ prezidenti Donald Trampla görüşündən sonra dəyişdiyini düşünür.
O, bu görüşün FİFA rəhbərinə mənfi təsir göstərdiyini bildirib:
“FİFA hazırda ən yaxşı dövrünü yaşamır. Təşkilata özünü başqalarının təsirinə açıq qoyan bir şəxs rəhbərlik edir. Trampla görüş İnfantinonu dəyişdi”.
Canni İnfantino 2016-cı ildən FİFA-ya rəhbərlik edir. Qurumun yeni prezident seçkiləri 2027-ci ildə keçiriləcək.
