Mustafa Sek Yuri Vernidubun gələcək planlarına daxil deyil.
Müdafiəçi göstərdiyi performansla məşqçilər korpusunun etimadını doğrultmur və mövqeyində rəqabət aparmaqda çətinlik çəkir.
Futbolçu mövqeyində çıxış edən gənc yerli oyunçu Rüfət Abbasova açıq-aşkar uduzur.
Sek nəinki əsas heyət uğrunda mübarizədə rəqabət yarada bilir, hətta gənc futbolçunun kölgəsində qalır.
Bu səbəbdən klub rəhbərliyi onunla yolları vaxtından əvvəl ayırmaq niyyətindədir.
Rəhbərlik maksimum səy göstərir ki, tərəflər müqavilənin müddətinin başa çatmasını gözləmədən ayrılıq barədə razılığa gəlsinlər.
Mustafa Sekin klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Lakin rəhbərlik bu müddətin sonunu gözləmək istəmir və futbolçuya indidən ayrılmağı təklif edir.
Tərəflər arasında hələlik ortaq məxrəcə gəlmək mümkün olmur.
Belə ki, Mustafa Sek müqaviləsinin sonunadək komandada qalmaqda israrlıdır.
Buna əsas səbəb isə müdafiəçinin hazırda heç bir klubdan təklif almamasıdır.
30 yaşlı legioner 2024-cü ilin yayından "Neftçi"dədir.
O, arxada qalan müddətdə meydana çıxdığı 66 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN/ SPORTİNFO.AZ
